Fikrət Məmmədov
Aktyor
Ssenari müəllifi
Doğum tarixi:
01 yanvar 1956
Vəfat tarixi:
05 aprel 2021
Fikrət Əli oğlu Məmmədov Bakıda anadan olub.
Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda və Azərbaycan Dövlət Teatr İnstitutunda təhsil alıb.
Belarus istehsalı olan “Müsahibə alan adam” (1986, rejissor Yuri Maruxin, Belarusfilm) filmində çəkilib.
“Ol” filminin ssenarisinə görə “Qızıl Pəri” mükafatına layiq görülüb (2018, Namiq Ağayevlə birgə).
Fikrət Məmmədov 2021-ci ildə vəfat edib.
Aktyor Fikrət Məmmədov kino prodüseri Əli Məmmədovun oğludur.