Fikrət Əsgərov

Operator Operator assistenti Rəssam assistenti Fotoqraf

Doğum tarixi:

05 sentyabr 1943

Vəfat tarixi:

31 may 2013


Fikrət Hacı Abrek oğlu Əsgərov (Fikrət Hacı Abrek) Gəncədə anadan olub.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda (1964), Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinooperatorluq fakültəsində (1972, Boris Volçekin emalatxanası) təhsil alıb.

Bakı Zabitlər evi nəzdindəki Həvəskarlar filmləri kinostudiyasının rəhbəri olub (1965-1966). 1959-cu ildən “Azərbaycanfilm” kinostudiyasıda işləyib. Filmlərdə operatorluqla yanaşı, rəssam və fotoqraf kimi də çalışıb.

Əməkdar incəsənət xadimi Fikrət Əsgərov 2013-cü ildə vəfat edib.