Firdovsi Atakişiyev
Aktyor
Doğum tarixi:
07 iyun 1970
Firdovsi Nurəddin oğlu Atakişiyev Gəncədə anadan olub.
Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram-kino aktyoru ixtisasında təhsil alıb (1992, Nəsir Sadıqzadənin kursu).
Akademik Milli Dram Teatrında və ÜNS Teatrında tamaşalarda oynayıb. Lider televiziyasında veriliş aparıcısı olub. Rusiya film istehsalçılarının çəkdikləri “Dronqo” (2002, rejissor Zinoviy Royzman) serialında müşahidəçi rolunda, “Rus tərcüməsi” (2006, rejissor Aleksandr Çernyayev) serialında podpolkovnik İsa rolunda çəkilib. 1992-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrında işləyir.
Əməkdar artistdir (2008).