Firuz Xudaverdiyev

Aktyor

Doğum tarixi:

09 iyul 1939

Vəfat tarixi:

28 mart 2017


Firuz İslam oğlu Xudaverdiyev Bakının Qobu kəndində anadan olub.

Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1969).

Təyinatla Mingəçevir Dövlət Dram Teatrına göndərilib (1969-1976). 1976-ci ildən  ömrünün sonuna kimi Akademik Milli Dram Teatrında çalışıb.

Əməkdar artist (2002) Firuz Xudaverdiyev 2017-ci ildə vəfat edib, Qobuda dəfn olunub.