Füzuli Məmmədov

Aktyor

Doğum tarixi:

25 avqust 1952

Vəfat tarixi:

18 mart 2009


Füzuli Şahbala oğlu Məmmədov Sabirabad rayonunun Muğan Gəncəli kəndində anadan olub.

Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində (1968-1973), Moskva Ümumittifaq Təkmilləşdirmə İnstitutunun Teatr iqtisadiyyatı və işinin təşkili fakültəsində (1984-1986) təhsil alıb.

Lənkəran Dövlət Dram Teatrında aktyor (1973-1982), direktor müavini, direktor (1982-1984), “Qaya” ansamblında icraçı direktor (1986-1988), Gənc Tamaşaçılar Teatrında direktor müavini (1988-2006), Dövlət Pantomim Teatrında direktor (2006-2009) vəzifələrində çalışıb.

Bakı Oksford Məktəbində dərs deyib (1999-2009). 

Xarici film istehsalçılarının “Qarabağda gəzinti” (2005, rejissor Levan Tutberidze / Gürcüstan) filmində polkovnik Nuriyev rolunda, “Konflikt zonası” (2009, rejissor Vano Burduli / Gürcüstan) filmində Nuriyev rolunda çəkilib.

 Füzuli Məmmədov 2009-cu ildə vəfat edib.