Qəmər Salamzadə

Rejissor Ssenari müəllifi Rejissor assistenti Rejissor köməkçisi İkinci rejissor

Doğum tarixi:

05 may 1908

Vəfat tarixi:

20 aprel 1994


Qəmər Əliqulu qızı Salamzadə (Qəmər Nəcəfova) Culfada anadan olub.

1912-ci ildə ailəsi Tiflis şəhərinə köçüb. Atası şair, maarifçi, teatr xadimi Əliqulu Qəmküsar 1919-cu ildə menşeviklər tərəfindən qətlə yetirilib. O, əmisi Rzaqulu Nəcəfovun himayəsində qalıb. Naxçıvanda qız məktəbində, Bakıda Pedaqoji İnstitutda, Moskvada Dövlət Kinematoqrafiya Texnikumunda təhsil alıb. II kursu bitirdikdən sonra Bakıya kinostudiyaya çağırılıb. Vaxtilə Bakıda çıxan “Raboçiy zritel” jurnalının (1930, N35) üz qabığında şəkli verilərək bu sözlər yazılmışdı: ““Azərkino”da işləyən ilk qadın kinorejissor köməkçisi – türk qadını Qəmər Nəcəfova”. “Kiçik pəncərədən görünən dünya” kitabının müəllifidir.

Azərbaycanın ilk qadın kinorejissoru Qəmər Salamzadə 1994-cü ildə vəfat edib.