Qəndab Quliyeva

Musiqi ifaçısı Aktrisa

Doğum tarixi:

10 avqust 1949

Vəfat tarixi:

26 iyun 2017


Qəndab Həbib qızı Quliyeva Füzulinin Dilağarda kəndində anadan olub.

Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində (1976-1980), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (1991-1996) təhsil alıb.

1982-ci ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub. Repertuarında muğamlar, xalq mahnıları və bəstəkar mahnıları yer tutub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində muğamdan dərs deyib.

Xalq artisti (1992) Qəndab Quliyeva 2017-ci ildə vəfat edib.