Qəzənfər Xalıqov
Rəssam
Geyim rəssamı
Doğum tarixi:
16 dekabr 1898
Vəfat tarixi:
01 mart 1981
Qəzənfər Ələkbər oğlu Xalıqov Qobuda anadan olub.
Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda təhsil alıb (1928).
"Molla Nəsrəddin" (1929-1930), “Kirpi” (1953-1958) jurnallarında, “Gənc işçi” qəzetində karikaturaçı rəssam kimi çalışıb. Həmçinin teatr və kino dekorativ sənətkarı kimi fəaliyyət göstərib.
Nizami Gəncəvinin portretini çəkən ilk rəssamdır.
Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində dərs deyib.
Əməkdar incəsənət xadimi (1940), Xalq rəssamı (1973) Qəzənfər Xalıqov 1981-ci ildə vəfat edib.