Gövhər Həsənzadə

Bəstəkar Mahnı mətni müəllifi Aktrisa

Doğum tarixi:

06 mart 1969


Gövhər Sudeyf qızı Həsənzadə Bakıda anadan olub.

Musiqi Məktəbinin piano sinfində (1977-1984), Asəf Zeynallı adına Musiqi Məktəbinin Musiqi nəzəriyyəsi və tarixi ixtisasında (1984-1988), Bakı Musiqi Akademiyasının Bəstəkarlıq sinfində (1988-1993, Cövdət Hacıyevin kursu) təhsil alıb. ə

Heydər Əliyev Sarayının direktoru və bədii rəhbəri (1993), Şəhriyar adına Mədəniyyət Mərkəzinin müdiri (2001) vəzifələrində işləyib. 250-dən çox mahnı və digər janrlarda 50-dən çox musiqi əsərləri bəstələyib. Azərbaycan ilk dəfə “Eurovision Song Contest” musiqi yarışmasında onun bəstəsi və bədii rəhbərliyi ilə Elnur Hüseynov və Samir Cavadzadə ilə təmsil olunub (2008, “Day after day” mahnısı). “Turkvizyon” musiqi yarışmasında da Azərbaycan ilk dəfə onun bəstəsi ilə çıxış edib və qalib gəlib (2013, Fərid Həsənov “Yaşa” mahnısı). 
1998-ci ildən MESAM (Türkiye Musiki Eseri Sahipleri Meslek Birliyi)-nin üzvüdür. 2021-ci ildən “Müəllif Hüquqları Uğrunda” İctimai Birliyinin sədridir. 2023-cü ildən Avrasiya Hüquq Sahibləri Təşkilatları Konfederasiyasının (AHTK) baş direktorudur. Hazırda Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin “Sərhədçi” Mədəniyyət Mərkəzi rəisinin müavini və mədəniyyət-təminat şöbəsinin rəisi vəzifəsində çalışır.

Əməkdar artistdir (2006).