Qriqori Lemberq
Operator
Ssenari müəllifi
Doğum tarixi:
01 yanvar 1873
Vəfat tarixi:
30 iyul 1945
Qriqori Moiseyeviç Lemberq Ukraynanın Yelizavetqrad şəhərində anadan olub.
Əsl sənəti fotoqrafiya olub, Rusiyada fotoqraf kimi çalışıb (1888-1911). 1911-ci ildən A.Drankovun ilk rus kino firmasında, R.Perskinin kino firmasında, “Kino-Alfa” və “Bioxrom” şirkətlərində operator kimi çalışıb. 1915-1917-ci illərdə Bakıda çəkilən filmlərin operatoru olub. Petroqraddakı Fevral inqilabını çəkən yeganə operatordur. 1923-cü ildən Rusiyada “Dövlətkino”da çalışıb və elmi-kütləvi filmlər çəkib.
Qriqori Lemberq 1945-ci ildə vəfat edib.