Gülbəniz Əzimzadə
Rejissor
Rejissor assistenti
Geyim rəssamı
Doğum tarixi:
26 aprel 1947
Vəfat tarixi:
07 dekabr 2006
Gülbəniz Yusif qızı Əzimzadə Bakıda anadan olub.
Azərbaycan Dövlət Rəssamlıq Məktəbində (1963-1968), Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində (1969-1974, E.Talankinin emalatxanası) təhsil alıb.
“Azərbaycanfilm” kinostudiyasında quruluşçu rejissor işləyib (1974-1998). “Bəniz” müstəqil studiyasının və “Sinema Lümyer Klub” studiyasının təsisçisi və rəhbəri olub.
Əməkdar incəsənət xadimi (2000) Gülbəniz Əzimzadə 2006-cı ildə vəfat edib.