Gülcahan Güləhmədova-Martınova
Rejissor
Ssenari müəllifi
Doğum tarixi:
23 iyun 1925
Vəfat tarixi:
20 yanvar 2018
Gülcahan Şüaulla qızı Güləhmədova-Martınova Bakıda anadan olub.
Azərbaycan Dövlət Teatr İnstitutunun Rejissorluq fakültəsində təhsil alıb (1947-1952, Mehdi Məmmədovun kursu).
İlk azərbaycanlı peşəkar qadın teatr rejissorlarındandır. Azərbaycan Dövlət Rus Dram Teatrında çalışıb (1952-1982). 1982-ci ildən Şövkət Məmmədova adına Opera Studiyasının rejissoru olub. Bakı Musiqi Akademiyasının vokal kafedrasının professoru olub. “Şərəf nişanı” ordeni ilə təltif edilib.
Dövlət mükafatı laureatı (1972), Xalq artisti (1981) Gülcahan Güləhmədova-Martınova 2018-ci ildə 92 yaşında vəfat edib.