Gülxar Həsənova

Aktrisa

Doğum tarixi:

10 dekabr 1918

Vəfat tarixi:

30 mart 2005


Gülxar İbrahim qızı Həsənova Şəmkirin Bayramlı kəndində anadan olub.

Bakı Teatr Texnikumunda (1935-1937), Azərbaycan Dövlət Universitetində təhsil alıb (1959).

Gənc Tamaşaçılar Teatrında aktrisa (1936-1942), Opera və Balet Teatrında solist (1942-1980) və məşqçi-pedaqoq (1980-ci ildən) kimi çalışıb. Yaradıcılığının zirvəsi Müslüm Maqomayevin "Şah İsmayıl" operasında Ərəbzəngi və Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasında Leyli, Leylinin anası partiyalarıdır.

Əməkdar artist (1955), Xalq artisti (1982), “Şöhrət” ordeni mükafatçısı (1998) Gülxar Həsənova 2005-ci ildə vəfat edib, II Fəxri Xiyabanda dəfn olunub.

Müğənni, aktrisa Gülxar Həsənova aktyor Ağadadaş Qurbanovun həyat yoldaşı olub.
Müğənni, aktrisa Gülxar Həsənova aktyor Hamlet Qurbanovun anasıdır.