Gülnarə Xəlilova
Doğum tarixi:
03 iyun 1972
Gülnarə Vidadi qızı Xəlilova Bakıda anadan olub.
Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb (1989-1994).
Məzun olduqdan sonra pedaqoji fəaliyyətə başlayıb. Paralel olaraq modelyer-dizayner kimi fəaliyyət göstərib. 2002-ci ildən Respublika və Beynəlxalq miqyaslı sərgilərdə, elmi konfranslarda yaradıcılıq işləri və onların mahiyyətini açıqlayan məruzələrlə çıxış edir. 2008-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında modelyer-rəssam vəzifəsində çalışır. Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun dissertantı kimi müasir folklor qruplarında milli geyim ənənələri üzrə tədqiqat aparıb (2009-2012). Sənətşünaslıq üzrə fəlsəfə doktorudur (2013). Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəridir. Pedoqoji fəaliyyətlə məşğuldur, Rəssamlıq Akademiyasında çalışıb (2014–2015). 2017-ci ildən Xəzər Universitetində baş müəllimdir.
“Beauty of the World 2010” Beynəlxalq gözəllik müsabiqəsində “Ən gözəl ziyafət paltarı” nominasiyasında 1-ci yerə layiq görülüb (2010, Çin). “Tərəqqi” medalı ilə təltif olunub (2020).