Günel Məmmədova
Aktrisa
Doğum tarixi:
12 mart 1986
Günel Əzizağa qızı Məmmədova Bakıda anadan olub.
Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının Dram və kino aktyorluğu şöbəsində və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Estrada aktyorluğu fakültəsində (2002-2006) təhsil alıb.
2006-cı ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında çalışır. Teatrda ilk rolu Rafiq Əliyevin quruluş verdiyi “Çimnaz xanım yuxudadır” tamaşasında Nabat rolu olub. “İbrus” Teatrında da fəaliyyət göstərib (2008). “Viktoriya” tamaşasındakı Viktoriya roluna görə Gənclər və İdman Nazirliyi tərəfindən “İlin aktrisası” nominasiyasında mükafata layiq görülüb.