Qurban Səlimov

Rejissor Prodüser Layihə rəhbəri Baş prodüser Ssenari müəllifi Aktyor

Doğum tarixi:

27 fevral 1971


Qurban Hamlet oğlu Səlimov Bakıda anadan olub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Mədəni-maarif işi fakültəsinin Televiziya rejissoru ixtisasında təhsil alıb (1996).

ABA TV, Lider TV, “İnternews Azerbaijan”, “Yaddaş” sənədli filimlər studiyası və digər şirktlərlə əməkdaşlıq edib. Bir çox televiziya verilişlərinin prodüseri və rejissorudur.

Hazırda Azad Azərbaycan televiziyasında baş prodüser vəzifəsində çalışır.