Hafiz Fətullayev
Rejissor
Ssenari müəllifi
Aktyor
Doğum tarixi:
24 fevral 1944
Vəfat tarixi:
20 yanvar 2015
Hafiz Nurəddin oğlu Fətullayev Bakıda anadan olub.
Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rejissorluq fakültəsində təhsil alıb (1970).
Azərbaycan Dövlət Dram Teatrında (1971-1977), Azərbaycan televiziyasında (1977-1990) və Lider televiziyasında çalışıb. 1991-ci ildən “Rimur” müstəqil kino şirkətinin rəhbəri olub. “Sönməyən ulduzlar” Teatrında çalışıb.
Hafiz Fətullayev 2015-ci ildə vəfat edib, Maştağa qəbiristanlığında dəfn olunub.