Həcər Ağayeva

Aktrisa

Doğum tarixi:

22 iyul 1986


Həcər Maqsud qızı Ağayeva Bakıda anadan olub.

Respublika İncəsənət Gimnaziyasının Xoreoqrafiya şöbəsində (2004), Azərbaycan Dövlət Rus Dram Teatrının nəzdində aktyorluq studiyasında (2005) və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr rejissorluğu ixtisasında (2004-2009) təhsil alıb.

Akademik Milli Dram Teatrında, ÜNS Teatrında, Teatr Xadimləri İttifaqının nəzdində Gənc Aktyorların laboratoriyasında tamaşalarda çıxış edib. 2004-cü ildən Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisasıdır.

Əməkdar artistdir (2021).


Filmoqrafiya

Poster Filmin adı İstehsal ili Növü Filmdə statusu