Hicran Nəsirova

Aktrisa Filmi səsləndirən

Doğum tarixi:

11 mart 1958


Hicran Fətəli qızı Nəsirova (Hicran Qəşəmova) Bakıda anadan olub.

Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1979).

Təyinatla Tədris Teatrında çalışmağa başlayıb. 1981-ci ildə Akademik Milli Dram Teatrında Vaqif İbrahimoğlunun quruluşunda “Səhra yuxuları” (Anar) psixoloji dramında Leyla rolunu ifa edib. 1986-cı ildən Akademik Milli Dram Teatrının aktyor truppasının üzvüdür.

Almaniya film istehsalçılarının “Absurdistan” (2008, rejissor Veit Helmer) filmində bərbərin arvadı rolunda çəkilib.

Əməkdar artistdir (2000). 


Filmoqrafiya

Poster Filmin adı İstehsal ili Növü Filmdə statusu