Hikmət Əlisgəndəroğlu

Direktor İkinci rejissor

Doğum tarixi:

04 avqust 1972


Hikmət Əlisgəndəroğlu (Hikmət Yaqubov Əlisgəndər oğlu) Masallı rayonunun Birinci Yeddioymaq kəndində anadan olub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (1989-1994), Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət idarəetməsi fakültəsində (2005-2008) təhsil alıb.

1992-ci ildən Azərbaycan televiziyasında çalışmağa başlayıb. Hərbi proqramlar və salnamə redaksıyasında, Xəbərlər redaksiyasında (1994-1995), “Səhər” musiqi-informasiya proqramında rejissor (1995-2000), baş rejissor (2000-2006), İdman redaksiyasının baş rejissoru (2006-2009), İdman Azərbaycan telekanalının baş rejissoru (2009-2010, 2011-2013), “Səs” internet televiziyasının direktoru (2010-2011), İctimai televiziyanın “Carçıfilm” Yaradıcılıq Birliyinin direktoru (2013-2016), Azərbaycan televiziyasının bədii rəhbəri (2016-2018), baş produseri (2018-2019), Mədəniyyət televiziyasının direktor müavini (2019-2022), Azərbaycan televiziyasının “Bədii və sənədli filmlər” studiyasının baş redaktoru (2022-2023) vəzifələrində çalışıb.

Əməkdar mədəniyyət işçisidir (2016).