Hüseyn Abbaszadə

Əsərindən istifadə olunub Ssenari müəllifi

Doğum tarixi:

22 noyabr 1922

Vəfat tarixi:

12 dekabr 2007


Hüseyn Abbas oğlu Abbaszadə Bakıda anadan olub.

Orta təhsilini bitirdikdən sonra Şimali Qafqaz, Leninqrad, 1-ci və 4-cü Ukrayna cəbhələrində döyüş yolu keçib (1941-1945).

Azərbaycan Dövlət Teatr İnstitutunun Teatrşünaslıq fakültəsində təhsil alıb (1945-1950).

“Pioner” jurnalında şöbə müdiri, məsul katib, “Göyərçin” jurnalında məsul katib (1958-1964), baş redaktor (1964-1966, 1972-1975), “Ədəbiyyat və incəsənət” qəzetində baş redaktor (1966-1971), Yazıçılar İttifaqının katibi (1975-1991) vəzifələrində çalışıb. “General” (1962), “Ləpədöyəndə” (1965), “Onu tanımadılar” (1967), “Qapı döyülür”, “Burulğanlar” (1979), “Çəmbərəkənd balladası” (1982), “Dünyadan gör necə insanlar gedib” (2000), “Qayıdanlardan biri” (2003) kitabları nəşr olunub. “Şöhrət” ordeni ilə təltif olunub (1997). 

Dövlət mükafatı laureatı (1984), Əməkdar incəsənət xadimi (1979), Xalq yazıçısı (1991) Hüseyn Abbaszadə 2007-ci ildə vəfat edib.