Hüseyn Mehdiyev
Doğum tarixi:
19 mart 1945
Hüseyn Mahmud oğlu Mehdiyev Şəkidə anadan olub.
Azərbaycan Politexnik İnstitutunda (1962-1967), Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinooperatorluq fakültəsində təhsil alıb (1972-1977).
Qəzet və jurnallarda, əsasən “Qobustan” və “Ulduz” jurnallarında fotojurnalist qismində çalışıb (1967-1972). “Fotopoeziya” və “Musiqi etüdləri” adlı fotokitabları nəşr olunub. 1977-ci ildən “Azərbaycanfilm” kinostudiyasında operator, 1986-ci ildən rejissor kimi çalışıb. “Azərkinovideo” İstehsalar Birliyinin Baş direktor müavini (1993-2001) vəzifəsində işləyib. 1999-2024-cü illərdə Azərbaycan Professional Kinorejissorlar Gildiyasının İdarə Heyətinin sədri olub. 2025-ci ildən fəxri sədrdir. “Beynəlxalq Audiovizual Festival” (2001-2008) və Azərbaycan Kino Akademiyasının “Qızıl Pəri” Peşə mükafatı (2015, 2018, 2025) layihələrinin müəllifi və rəhbəridir. Avropa Kino Akademiyasının üzvüdür. Filmləri beynəlxalq kino festivallarında iştirak edib. “Özgə vaxt” filmi I Beynəlxalq Madrid Kinofestivalında “Ən yaxşı rejissor işinə görə” nominasiyasının qalibi olub (1997). Əməkdar incəsənət xadimidir (2000).
Rejissor, operator Hüseyn Mehdiyev operator Nadir Mehdiyevin atasıdır.