Hüseynağa Atakişiyev
Doğum tarixi:
08 sentyabr 1949
Vəfat tarixi:
09 aprel 2006
Hüseynağa Ağahüseyn oğlu Atakişiyev Bakıda anadan olub.
Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb (1975).
Bir müddət Şəki Dövlət Teatrında aktyor işləyib. Bir il sonra teatrda baş rejissor kimi fəaliyyət göstərməyə başlayıb. Bu teatrda ilk rejissor işi olan “Hacı Qara” tamaşası ona uğur gətirib. Həmçinin “Bəxt üzüyü” (Vaqif Səmədoğlu) əsərini səhnəyə qoyan ilk rejissor olub. 1985-ci ildən Akademik Milli Dram Teatrında tamaşalara quruluş verib. 1989-cu ildə Gənclər Teatrını təsis edib və vəfatına qədər teatrın bədii rəhbəri və direktoru olub. 1995-ci ildә İstanbulda “Arşın mal alan” musiqili komediyasını tamaşaya qoyub. Rejissor kimi 150-dən çox tamaşaya quruluş verib, aktyor kimi 50-dən artıq rol oynayıb.
Əməkdar incəsənət xadimi (1982) Hüseynağa Atakişiyev 2006-cı ildə vəfat edib.
Aktyor, rejissor Hüseynağa Atakişiyev aktrisa Gülşad Baxşıyevanın, aktrisa Şahzadə Babayevanın və aktrisa Nəsibə Eldarovanın həyat yoldaşı olub.