Hüsniyyə Mürvətova

Aktrisa Filmi səsləndirən

Doğum tarixi:

01 iyun 1971


Hüsniyyə Vaqif qızı Mürvətova (Hüsniyyə Əhmədova / Hüsniyyə Vaqifqızı) Siyəzəndə anadan olub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda təhsil alıb (1990-1994).

Sumqayıt Dövlət Dram Teatrında (1989-1994), İlham Miniatür Teatrında (1994-1997) çalışıb. 1997-ci ildən Bakı Bələdiyyə Teatrının aktrisasıdır.

Rusiya istehsalı olan “Ərik acısı” (2023, rejissor Aleksandr Moxov) serialında Məleykə rolunda və “Qovulmuşlar” (İzqoi, 2024, rejissor Sergey Çekalov) serialında çəkilib.

Dublyaj və səsləndirmə işi ilə də məşğuldur.

Azərbaycan televiziyasının istehsalı olan “Molla Nəsrəddin” satirik telejurnalında mollanın arvadı rolunda çəkilir (2023-2024).

Əməkdar artistdir (2002).


Filmoqrafiya

Poster Filmin adı İstehsal ili Növü Filmdə statusu