İbrahim Əliyev
Aktyor
Doğum tarixi:
10 iyul 1949
Vəfat tarixi:
26 noyabr 2020
İbrahim Əsgər oğlu Əliyev Bakıda anadan olub.
Azərbaycan Dövlət İncəsənət İnstitutun Aktyorluq fakültəsində təhsil alıb (1971-1976).
1963-cü ildən Fioletov adına klubun dram dərnəyində həvəskar aktyor kimi çalışıb. Bir müddət Şəki Dövlət Dram Teatrında, daha sonra Azərbaycan Dövlət Gənclər Teatrında aktyor kimi fəaliyyət göstərib.
Uzun müddət Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Estrada və musiqili teatr rejissoru kafedrasında dərs deyib.
Əməkdar artist İbrahim Əliyev 2020-ci ildə vəfat edib, Bibiheybət qəbiristanlığında dəfn olunub.