İftixar Piriyev

Aktyor

Doğum tarixi:

07 sentyabr 1960


İftixar Fərhad oğlu Piriyev Gürcüstanın Qaraçöp mahalında (Saqareco rayonu, Düzəyrəm kəndi) anadan olub.

Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram-kino aktyorluğu fakültəsində təhsil alıb (1977-1981).

Bir müddət Azərbaycan Akademik Milli Dram Teatrında aktyor kimi çalışıb (1981-1988). Televiziyada "Ozan" folklor toplusunun aparıcısı olub. 1990-cı ildə Azərbaycan Milli Dastan Teatrını təsis edib, direktoru və bədii rəhbəri kimi fəaliyyət göstərib. “Dastan” turizm şirkətinə rəhbərlik edib. Tiflis Dövlət Azərbaycan Dram Teatrının bərpa rəhbəri (1998-2000), İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru (2000-2025) olub. Şeirlərin, pyeslərin müəllifidir.

Əməkdar mədəniyyət işçisidir (2007).