İlqar Safat

Rejissor Ssenari müəllifi Operator Montajçı Musiqi tərtibatçısı Aktyor Montaj rejissoru Bədii rəhbər

Doğum tarixi:

23 yanvar 1972


İlqar Safat (İlqar Məmmədov Kamil oğlu) Bakıda anadan olub.

Moskva Kimya Texnologiya İnstitutuna qəbul olunub, bir il oxumadan oranı tərk edib. Moskvada teatr studiyasına yazılıb. 1988-ci ildə Bakıya qayıdaraq kinostudiyada işə düzəlib. Azərbaycan Pedaqoji İnstitutunun rus dili və ədəbiyyatı ixtisasında (1995), Moskvada Ssenaristlər və rejissorlar ali kursunda (2002, Vladimir Xotinenkonun emalatxanası) təhsil alıb.

1995-2000-ci illərdə müxtəlif qəzet və ədəbi jurnallarda yazıları dərc olunub. Yüzə yaxın mahnının müəllifidir. Öz mahnıları ilə Bakının və Moskvanın müxtəlif meydançalarında çıxış edib. Bir müddət Xabarovskda Uzaq Şərq Kinoxronika Studiyasında rejissor işləyib. Hazırda “Narimanfilm” studiyası ilə əməkdaşlıq edir. Teatr rejissoru kimi də fəaliyyət göstərir, Azərbaycan Dövlət Rus Dram Teatrın səhnəsində tamaşalara quruluş verir.

Rejissor İlqar Safat prodüser Nəriman Məmmədovun qardaşıdır.