İlyas Tapdıq

Ssenari müəllifi Redaktor Mahnı mətni müəllifi Koordinator Aktyor

Doğum tarixi:

30 noyabr 1934

Vəfat tarixi:

25 dekabr 2016


İlyas Tapdıq (İlyas Tapdıqov Oruc oğlu) Gədəbəyin Əli İsmayıllı kəndində doğulub.

Azərbaycan Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsində təhsil alıb (1952-1956).

“Uşaqgəncnəşr”də redaktor (1957-1962), “Azərnəşr”də redaktor, böyük redaktor (1962-1968), “Gənclik” nəşriyyatında böyük redaktor, redaksiya müdiri, baş redaktor (1968-1976), Azərbaycan Baş Mətbuat Müvəkkilliyində qrup rəhbəri (1976-1978), Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində televiziya gənclər baş redaksiyasının baş redaktoru (1978-1983), “Azərnəşr”də bədii ədəbiyyat şöbəsinin müdiri (1989-1992), Türkiyənin Ankara şəhərində Türk Standartları İnstitutunda və Xarici İşlər Nazirliyi və Kalkınma Ajansında müəllim, “Azərbaycan” qəzetinin Türkiyə üzrə xüsusi müxbiri (1992-1995), “Azərnəşr”də bədii ədəbiyyat şöbəsinin müdiri (1989-2016) vəzifələrində çalışıb.

Ədəbi yaradıcılığa tələbəlik dövründə “Azərbaycan” jurnalında dərc olunan “Bakının gecəsi” şeiri ilə başlayıb. “Kəndimizin çobanı” (1955), “Bulaq başında” (1958), “Gözlər” (1959) “Şıltaq günəş” (1987), “Məhəbbət yolları” (1990) nəşr olunmuş kitablarından bəziləridir.

İlyas Tapdıq 2016-cı ildə vəfat edib, Badamdar qəbiristanlığında dəfn olunub.