İsa İsmayılzadə
Doğum tarixi:
15 mart 1941
Vəfat tarixi:
14 iyul 1997
İsa Mustafa oğlu İsmayılzadə Gürcüstanın Qarayazı (indiki Qardabani) rayonunda anadan olub.
Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb (1958-1963).
Qardabanidə orta məktəbdə müəllim (1963-1964), Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor, Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında elmi redaktor (1966-1968), “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında ədəbi işçi, şöbə müdiri, baş redaktorun müavini, “Ulduz” jurnalı redaksiyasında şöbə müdiri (1968-1981), “Azərbaycan” jurnalı redaksiyasında baş redaktorun müavini (1981-1997) vəzifələrində işləyib. Eyni zamanda Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətinin musiqili veriliş baş redaksiyasında musiqi mətnləri şöbəsinin müdiri kimi fəaliyyət göstərib (1994-cü ildən).
Ədəbi fəaliyyətə tələbəlik illərində “Aprel çiçəkləri” (1959) almanaxında və “Azərbaycan gəncləri” qəzetində (1961) çap etdirdiyi ilk şeiri ilə başlayıb. Kitabları nəşr olunub. Şeir və poemaları keçmiş SSRİ xalqlarının dillərinə, habelə bir sıra xarici dillərə tərcümə edilib.
İsa İsmayılzadə 1997-ci ildə vəfat edib.