İslam Həsənov
Aktyor
Prodüser
Doğum tarixi:
08 may 1965
İslam Həsənov Lənkəran şəhərində anadan olub.
Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb (1982-1988).
“Meydan” teatrında (1986-1988), Gənc Tamaşaçılar Teatrında (1988-1989) aktyor, Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətində (1991-1993) aparıcı, aparıcı-redaktor, Azərbaycan Teatr Xadimləri İttifaqında mətbuat xidmətinin rəhbəri (1993-2007), Teatr Xadimləri İttifaqı Prezidentinin müşaviri, Lənkəran Dövlət Dram Teatrının direktoru (2007-2014), Sumqayıt Dövlət Musiqili Dram Teatrının direktoru (2014-2018) olub. 2018-ci ildən Yuğ Dövlət Dram Teatrnın direktorudur. Bir neçə tamaşaya quruluş verib.