İsmayıl Məmmədov (II)
Doğum tarixi:
31 mart 1948
Vəfat tarixi:
11 dekabr 2016
İsmayıl Əsəd oğlu Məmmədov Bakıda anadan olub.
Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinin Rəngkarlıq şöbəsində (1963-1968), İlya Repin adına Leninqrad Rəssamlıq, Memarlıq və Heykəltəraşlıq İnstitutunda (1968-1974, Yefsey Mousenkonun sinfi) təhsil alıb.
Tələbəlik illərindən kitab qrafikası ilə məşğul olmağa başlayıb. Azərbaycan Rəssamlar İttifaqının Bədii Fondun İstehsalat Yaradıcılıq Kombinatında rəssam (1974), Bədii Layihələşdirmə Muzeyində rəssam (1981), “Az-Art” istehsalat kiçik müəssisəsində baş rəssam (1995), Akademik Milli Dram Teatrında quruluşçu rəssam (1996-1998), Azərbaycan Dövlət Musiqili Komediya Teatrında baş rəssam (1998-2007) vəzifələrində işləyib. Azərbaycan Dövlət Rus Dram Teatrında tamaşaya bədii tərtibat verib. Pedaqoji fəaliyyət göstərib.
Əməkdar rəssam (2002), “Qızıl Dərviş” və “Humay” mükafatları laureatı İsmayıl Məmmədov 2016-cı ildə vəfat edib.