Cabbar Qaryağdıoğlu

Musiqi ifasından istifadə olunub Bəstəsindən istifadə olunub Aktyor

Doğum tarixi:

31 mart 1861

Vəfat tarixi:

20 aprel 1944


Cabbar İsmayıl oğlu Qaryağdıoğlu Şuşanın Seyidli məhəlləsində anadan olub.

Хarrat Qulunun məktəbində охuyub.

Muğam, dəstgah, təsnif, el mahnılarını хalq şənliklərində ifa edərək şöhrət qazanıb. “Kürd-Şahnaz”, “Mahur”, “Bayatı-Qacar”, “Heyratı”, “Segah”, “Ovşarı”, “Mənsuriyyə” muğamlarını ustalıqla ifa edib. “Heyratı”nı 1906-cı ildə Varşavada qrammafon valına yazdırıb.

Konservatoriyanın ilk təşkilatçılarından olub, burada klassik хalq musiqisindən dərs deyib. Xan Şuşinski, Seyid Şuşinski, Bülbül, Davud Səfiyarov, Zülfü Adıgözəlov, Yavər Kələntərli və başqa məşhur sənətkarlar onun tələbələri olub.

Öz şeir, qəzəl və qоşmalarına, eləcə də şairlərin sözlərinə 30-dan artıq mahnı bəstələyib.

Xalq artisti (1935) Cabbar Qaryağdıoğlu 1944-cü ildə vəfat edib.