Cahangir Məmmədli
Doğum tarixi:
26 yanvar 1942
Cahangir Əbdüləli oğlu Məmmədli Ağdamın Novruzlu kəndində anadan olub.
Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin Jurnalistika şöbəsində təhsil alıb (1964-1968).
“Müasir Azərbaycan ədəbi dilinin mətbuat üslubu” mövzusunda namizədlik (1973), “Azərbaycanda jurnalistikanın müasir inkişaf meyilləri” mövzusunda doktorluq dissertasiyaları müdafiə edib (2008). 1973-cü ildən ADU-nun Mətbuat tarixi və ideoloji iş metodları (indiki Milli mətbuat tarixi) kafedrasında elmi-pedaqoji fəaliyyətə başlayıb, həmin kafedranın (1993-2005) və Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi (indiki Yeni media və kommunikasiya nəzəriyyəsi) kafedrasının müdiri (2005-2021) vəzifəsində çalışıb. Bir müddət Azərbaycan Mətbuat Şurası sədrinin müavini (2003-2005), İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri (2005) olub. 500-dən çox elmi, publisistik yazısı dərc olunub. Ədəbi tənqidə və jurnalistikaya dair 15 kitabın müəllifidir. Filologiya elmləri doktoru, professordur. “Zərdabi” mükafatı (2003), “Ali Media” mükafatı (2012), “Şöhrət” ordeni ilə təltif olunub (2019).