Cahangir Şahmuradov

Rejissor Aktyor

Doğum tarixi:

28 noyabr 1952


Cahangir Vahib oğlu Şahmuradov Bakıda anadan olub.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda və Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Rejissorluq fakültəsində (1977) təhsil alıb.

Bakıda Mərkəzi Karate Məktəbində təlimatçı-məşqçi kimi çalışıb. Karatedə 50 kq kateqoriyasında SSRİ çempionudur. SSRİ-nin karate üzrə ilk idman ustasıdır. Qara kəmək sahibidir.

Bir müddət “Azərbaycanfilm” kinostudiyasının əməkdaşı olub.

Hazırda Rusiyada yaşayır.