Cavid İmamverdiyev
Doğum tarixi:
28 iyun 1972
Cavid Südeyif oğlu İmamverdiyev Bakıda anadan olub.
Bakı Dövlət Universitetinin Filologiya fakültəsində (1994), Rusiyanın İctimai Televiziyasının nəzdində rejissor kursunda (1994) təhsil alıb.
“Parni iz Baku” ŞHK-da baş inzibatçı (1991-1996), Rusiyanın “Oyun” Teleşirkətində icraçı prodüser (1993-1995) vəzifələrində işləyib “Yaddaş” sənədli filmlər studiyasının direktoru (2007-2020) olub. ŞHK-nun çempionu (1992), Çempionlar Kubokunun sahibi (1995) XX əsrin çempionu (2000) adına layiq görülüb. Bir çox yerli və beynəlxalq kütləvi-mədəni tədbirlərin rejissoru olub. Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində tamaşalara quruluş verib. Müəllif Mahnısı Klubunun prezidenti (1996-cı ildən), Ratio TV Prodüser Mərkəzinin təsisçisi və rəhbəridir (1998-ci ildən). H
azırda Azərbaycan Dövlət Akademik Musiqili Teatrın baş rejissorudur (2020-ci ildən).
“Humay” milli mükafatı (2012) və “Tərəqqi” medalı (2016) ilə təltif edilib.