Xanım Qafarova

Aktrisa

Doğum tarixi:

09 may 1967

Vəfat tarixi:

11 iyul 2014


Xanım Əbdulqafar qızı Qafarova Bakının Kürdəxanı kəndində anadan olub.

Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili komediya fakültəsində təhsil alıb (1987-1992).

Sənət fəaliyyətinə erkən yaşlarından başlayıb, 1-ci, 2-ci və 3-cü Ümumittifaq Xalq Yaradıcılığı Festivallarının laureatı olub. Bir müddət Lütfi Məmmədbəyovun xalq teatrında məşğul olub. Hələ institutun ikinci kursunda oxuyarkən Tənqid-Təbliğ Teatrında işləməyə başlayıb. 1996-cı ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına dəvət alıb. “Teatr sahəsində Nəsibə Zeynalova adına mükafat”a (1997) layiq görülüb. Teatr fəaliyyəti ilə yanaşı müğənniliklə də məşğul olub.

Əməkdar artist (2003) Xanım Qafarova 2014-cü ildə vəfat edib, Kürdəxanı qəbiristanlığında dəfn olunub.