Xəyalə Meydanova
Aktrisa
İkinci rejissor
Doğum tarixi:
25 iyun 1991
Xəyalə Meydanova (Xəyalə Qasımova) Bakıda anadan olub.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr rejissorluğu fakültəsində təhsil alıb (2008-2012).
Birinci kursda oxuyarkən Cəfər Cabbarlı adına qiraət müsabiqəsində ikinci yerə layiq görülüb. Buzovna qəsəbəsində Sidqi Ruhulla adına Mədəniyyət Evində rejissor kimi çalışmağa başlayıb. “Fırıldaqçı” adlı tamaşası mədəniyyət evləri arasındakı müsabiqədə üçüncü yeri tutub. 5 il müddətində Bakı Uşaq Teatrında çalışıb (2011-2016). 2017-ci ildən Gənc Tamaşaçılar Teatrınn aktrisasıdır.