Kürçaylı Məmmədov

Rejissor Ssenari müəllifi

Doğum tarixi:

13 iyul 1984


Kürçaylı Zabil oğlu Məmmədov Salyanda anadan olub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq ixtisasında təhsil alıb (2014-2019, 2020-2022-magistratura).

Müxtəlif illərdə ARB, Cənub ARB, Kanal S, Qafqaz televiziyaları, Azərbaycan Yaradıcılıq Fondu və ictimai-siyasi, ədəbi portallarda müxbir, aparıcı, redaktor, baş redaktor, yaradıcı departament rəhbəri, rejissor, Salyan rayon Mədəniyyət Mərkəzində bədii rəhbər vəzifələrində çalışıb. 2024-cü ildən Salyan Dövlət Rəsm Qalereyasına rəhbərlik edir. Eyni zamanda Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin kommunikasiya meneceridir. Filmlərin, etüdlərin, veriliş, klip və teatr tamaşalarının rejissorudur. Filmləri mükafatlara layiq görülüb.