Lalə Ədalətqızı
Doğum tarixi:
12 mart 1976
Lalə Ədalətqızı (Lalə Fətullayeva Ədalət qızı / Lalə Nəcəfova) Neftçala rayonunun Birinci Qaralı kəndində anadan olub.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb (1994-1998, 2004-2007-magistratura).
1994-cü ildən məqalələri BDU-nun “Bakı Universiteti” qəzetində dərc olunub. “Biznes Press” qəzetində müxbir (1995), “Ədalət” qəzetində müxbir (1996), “TV-Tell” jurnalında müxbir (1999), Sara TV-də müxbir və aparıcı (1999), “Günay” qəzetində müxbir (1999), “İnternews Network” təşkilatında müxbir və aparıcı (2000), Lider televiziyasında aparıcı (2005), Azad Azərbaycan televizyasının “Bizim Səhər” proqramının baş redaktoru (2011), “Fatiyev prodakşın”da baş prodüser (2012) olaraq çalışıb.
Müxtəlif verilişlərin aparıcısı, prodüseri, layihə rəhbəri, redaktoru və ssenari müəllifi, bayram verilişlərinin və tədbirlərin ssenari müəllifi olub.
2008-ci ildən “İnternyus Azərbaycan”da gənclərə jurnalistika, aparıcılıq peşəsi üzrə peşəkar təlimlər keçib.
Azərbaycan Jurnalistlər Birliyinin Həsən bəy Zərdabi mükafatı ilə təltif edilib (2003).