Leyla Əliyeva

Prodüser Baş prodüser Layihə rəhbəri

Doğum tarixi:

03 iyul 1985


Leyla İlham qızı Əliyeva Moskvada anadan olub.

Avropa Biznes Məktəbində (2000), Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun (MQİMO) magistratura pilləsində (2006-2008) təhsil alıb.

2007-ci ildən Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəridir. 2007-ci ildən Moskvada nəşr olunan “Baku” jurnalınını təsisçisi və baş redaktorudur. 2008-ci ildən İslam Konfransı Təşkilatı Gənclər Forumunun baş Koordinatoru vəzifəsində çalışır. 2009-cu ildə Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri vəzifəsinə seçilib. IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəridir (2011). 2011-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidentidir. “Tərəqqi” medalı ilə təltif olunub (2011). BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Xoşməramlı səfiri adına layiq görülüb (2015). Britaniya istehsalçılarının çəkdikləri “Əli və Nino” (2015, rejissor Asif Kapadia) filminin icraçı prodüseri olub. “Tərəqqi” medalı ilə təltif olunub (2011).


Filmoqrafiya