Leyla Bədirbəyli
Doğum tarixi:
08 yanvar 1920
Vəfat tarixi:
23 noyabr 1999
Leyla Ağalar qızı Bədirbəyli (Leyla Cavanşirova) Bakıda anadan olub.
Səhnəyə gənc ikən çıxıb. Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Rəqs Ansamblının solisti kimi fəaliyyət göstərib (1936-1942). 1945-ci ildə “Arşın mal alan” filmində Gülçöhrə rolu üçün 100-dən artıq namizədin içindən Üzeyir bəyin dəvəti və təşəbbüsü ilə bu rola çəkilib. Daha sonra Azərbaycan Dövlət Teatr İnstitutunda Adil İsgəndərovun rəhbərlik etdiyi Aktyorluq fakültəsində təhsil alıb (1948-1952). Akademik Milli Dram Teatrında (1942-1975), “Azərbaycanfilm” kinostudiyasında (1975-1994) işləyib.
Əməkdar artist (1949), Xalq artisti (1959), SSRİ (1946) və Azərbaycan (1972) Dövlət Mükafatları və “İstiqlal” ordeni (1999) laureatı Leyla Bədirbəyli 1999-cu ildə vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.