Leyla Quliyeva
Doğum tarixi:
26 iyun 1986
Leyla Mütəllim qızı Quliyeva (Leyla Əliyeva) Bakıda anadan olub.
6 saylı Uşaq musiqi məktəbinin fortepiano şöbəsində, Şaroyev adına 11 illik uşaq musiqi məktəbinin nəzəriyyə və vokal şöbələrində, Bakı Musiqi Akademiyasının dirijorluq ixtisasında təhsil alıb.
Məktəb illərində müxtəlif müsabiqələrdə laureat adını qazanıb. Roma Papası II İohann Pavelin Bakıya səfəri zamanı Şubertin “Ave Mariya”sını ifa edibb (2001). Bir müddət Bakı Baş Təhsil İdarəsinin nəzdində təşkil olunmuş “EEC” - uşaqların ingilis dili klubunun da prezidenti olub. 2005-ci ildən İctimai televiziyada çalışmağa başlayıb. Bir neçə verilişin müəllifi, redaktoru və aparıcısı olub. Bir müddət Game TV-nin “61!” şousunun və “Əlaçı” verilişinin aparıcılığını edib. Avroviziya Mahnı Müsabiqəsinin aparıcısı və Azərbaycan üzrə ilk şərhçilərindən biri olub. Bir müddət İctimai televiziyanın Musiqili, bədii və əyləncəli verilişlər departamentinin direktoru vəzifəsini yerinə yetirib (2018-2020). Xəzər TV-də kreativ şöbəyə rəhbərlik edib (2020).
Əməkdar mədəniyyət işçisidir (2018).
Musiqiçi, aparıcı Leyla Quliyeva prodüser, rejissor Abbas Quliyevin həyat yoldaşıdır.