Leyla Şıxlinskaya

Aktrisa

Doğum tarixi:

12 iyun 1947


Leyla Fərrux qızı Şıxlınskiya (Leyla Sadıxova) Moskvada anadan olub.

Xoreoqrafiya məktəbində, GİTİS-in Teatrşünaslıq fakültəsində təhsil alıb.

Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində balerina kimi, “Dyagilev-balet” truppasının baletmeysteri (1990-1992) kimi çalışıb. Pedaqoq və xoreoqraf kimi SSRİ-nin gimnastika üzrə olimpiya yığmaları ilə işləyib. Uzun illər Moskvada Böyük Teatrın xoreoqrafiya məktəbində müəllimlik edib. Azərbaycanın xoreoqrafiyası və balet sənətinin tarixi və inkişafı mövzusunda 100-dən çox elmi məqalənin müəllifidir. 1992-ci ildən Moskvada özünün təşkil etdiyi “Şeyla” eksperimental balet yaradıcılıq mərkəzinin bədii rəhbəridir. Rusiya istehsalı olan “Qırmızı və qara” (1976, rejissor Sergey Gerasimov) serialında xanım de Fervak rolunu ifa edib.

Sənətşünaslıq elmləri namizədi (1987), sənətşünaslıq elmləri doktoru, Əməkdar artist (1993), Xalq artistidir (1998).