Leyla Vəzirzadə
Doğum tarixi:
02 aprel 1961
Leyla Rüfət qızı Vəzirzadə (Leyla Şabanova) Bakıda anadan olub.
Bülbül adına orta ixtisas musiqi məktəbində (1979), Azərbaycan Dövlət İncəsənət İnstitutunun Teatrşünaslıq fakültəsində (1979-1984) təhsil alıb.
1984-cü ildə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində əmək fəaliyyətinə başlayıb, ştatdankənar müxbir, rejissor assistenti, Azərbaycantelefilm Yaradıcılıq Birliyində redaktor, Bakı şəhəri Reklam və Dizayn İdarəsi nəzdində “Xəzər” studiyasında redaktor, Azərbaycan Kinematoqrafçılar İttifaqında yaradıcı seksiyalar müdiri (1995-2009), Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Kino şöbəsinin aparıcı məsləhətçisi, “ANS” Müstəqil Yayım və Media Şirkətində icraçı prodüser vəzifələrində çalışıb.
2009-cu ildən Azərbaycan Dövlət Film Fondunun baş redaktorudur. Film Fondu tərəfindən hazırlanmış bir çox kino nəşrlərinin redaktorudur.
“Tərəqqi” medalı ilə təltif olunub (2016).
Redaktor Leyla Vəzirzadə rejissor Rüfət Şabanovun və aktrisa Elmira Şabanovanın qızıdır.
Redaktor Leyla Vəzirzadə rejissor Fuad Şabanovun qardaşıdır.