Lütfi Məmmədbəyov

Rejissor Aktyor Filmi səsləndirən Ssenari müəllifi Bədii rəhbər

Doğum tarixi:

06 fevral 1927

Vəfat tarixi:

01 fevral 2004


Lütfi Şahbaz oğlu Məmmədbəyov (Lütfi Məmmədbəyli / Lütfü Məmmədbəyov) Ağdaşda anadan olub.

Bakı Teatr Texnikumunun Aktyorluq şöbəsində (1943-1947), Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rejissorluq fakültəsində (1961-1966) təhsil alıb.

1941-ci ildə Əmircandakı mədəniyyət evində səhnə fəhləsi kimi əmək fəaliyyətinə başlayıb. 1947-ci ildə bir müddət Musiqili Komediya Teatrında fəaliyyət göstərib, 40-cı illərin sonunda bu teatr müvəqqəti olaraq bağlanarkən Gənc Tamaşaçılar Teatrının truppasına daxil olub. 1961-ci ildə Dram Teatrına dəvət olunub və ömrünün sonunadək burada çalışıb. 1953-cü ildən Bakı Mərkəzi Pionerlər Sarayında dram dərnəyinə rəhbərlik edib. 1961-ci ildə Xalq Teatrı statusu alan bu dərnəkdə Azərbaycan aktyorlarının bir neçə nəslini yetişdirib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru kimi pedaqojı fəaliyyət göstərib.  Filmlərin Azərbaycan dilinə dublyaj olunmasında aktyor kimi iştrak edib (1953-1976). Akademik Milli Dram Teatrının səhnəsində bir neçə tamaşanın, televiziyada 60-dan çox televiziya tamaşasının rejissoru, Azərbaycanda ilk teleserialın (“İtkin gəlin”) rejissoru olub.

“Qızıl Dərviş” mükafatı laureatı, Əməkdar artist (1974), Xalq artisti (1991), “Şöhrət” ordeni laureatı (1997) Lütfi Məmmədbəyov 2004-cü ildə vəfat edib.