Məqsəd Nur
Doğum tarixi:
08 avqust 1968
Məqsəd Nur (Məqsəd Sarıyev Nuru oğlu) Kəlbəcərin Zülfüqarlı kəndində anadan olub.
1988-ci ildə Mingəçevirdə “Mingəçevir işıqları” qəzetində peşə fəaliyyətinə başlayıb. Bir müddət (1989-1993) müxtəlif qəzetlərdə hərbi reportyor və fotoreportyor kimi çalışıb. Bu illərdə Qafqazda, Rusiyada və Azərbaycanda baş verən qaynar hadisələrin içindən hazırladığı reportajları, müsahibələri və fotoşəkilləri ilə tanınıb. Həftəlik “Press-fakt” qəzetinin qurucusu və baş redaktoru olub (1993-1998). Lider TV, ATV və Azərbaycan televiziyasında rəhbər vəzifələrdə çalışıb. 1993-cü ildə Tehran Əlişanoğlu ilə birlikdə “YeniSi” ədəbiyyat və mədəniyyət təzahürləri mərkəzini və Azərbaycanda ilk anadilli ədəbiyyat saytını (www.yenisi.net) təsis edib. Kitabları nəşr olunub. Əsərləri xarici ölkələrdə dərc edilib. Əsərlərinin internet resursunda tanınmasına və oxucu kütləsi yığmasına görə Rusiyanın lib.ru saytının fəxri redaktoru seçilib, litsovet.ru portalının reytinq cədvəlinin 3-cü pilləsinədək irəliləyə bilib. 2006-cı ildə bu saytın “superonluq” adlı müsabiqəsində 7-ci yerə nail olub. “Şəhər Meri" (2011) romanı Milli Kitab Mukafatının qalibidir (2011).