Məhəmməd Verdizadə
Aktyor
Doğum tarixi:
30 yanvar 1959
Məhəmməd Səfər oğlu Verdizadə (Məmməd Verdiyev) Kəlbəcərdə anadan olub. Üç yaşında ailəsi Laçına,Yardımlıya, daha sonra Şamaxıya köçüb.
Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb (1976-1980).
Bir müddət orada dərs deyib və Tədris Teatrında çalışıb.
20 il Rusiyanın Tver vilayətində yaşadıqdan sonra 2016-cı ildə Azərbaycana qayıdıb.
Xarici film istehsalçılarının çəkdikləri “Yasmin” (2013, rejissorlar Kseniya Zaruskaya, Vyaçeslav Kaminski / Rusiya), “Möhür” (2016, rejissor Murad Əliyev / ABŞ) filmlərində çəkilib.