Məhərrəm Haşımov
Doğum tarixi:
02 fevral 1912
Vəfat tarixi:
02 may 1969
Məhərrəm Kazım oğlu Haşımov Bakıda anadan olub.
A.Lunaçarski adına Moskva Dövlət Teatr Sənəti İnstitutunda təhsil alıb (1936, GİTİS).
Azərbaycan Gənc Tamaşaçılar Teatrında rejissor, baş rejissor (1928, 1944), direktor, Azərbaycan Dövlət Rus Dram Teatrında baş rejissor və direktor (1948-1951, 1956-1960, 1966), Azərbaycan Opera və Balet Teatrında direktor (1951-1956), “Azərbaycanfilm” kinostudiyasında direktor (1960-1965) olub. Eyni zamanda İncəsənət İşləri İdarəsinin rəisi olub.
Uzun illər Azərbaycan Dövlət Teatr İnstitutunda pedaqoji fəaliyyətlə məşğul olub.
Çoxsaylı tamaşalara quruluş verib.
Əməkdar incəsənət xadimi (1940), Xalq artisti (1954), SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı (1961, 1968) Məhərrəm Haşımov 1969-cu ildə vəfat edib, II Fəxri Xiyabanda dəfn olunub.