Mahirə Cəfərova

Rejissor Ssenari müəllifi Rejissor assistenti

Doğum tarixi:

25 yanvar 1967


Mahirə Cəfərova Sumqayıt şəhərində anadan olub.

Soltan Hacıbəyov adına orta ixtisas musiqi məktəbinin Fortepiano fakültəsində (1982-1986), Üzeyir Hacıbəyov adına Musiqi Akademiyasının Fortepiano şöbəsində (1986-1991), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Televiziya rejissorluğu fakültəsində (1991-1996) təhsil alıb.

1998-ci ildə “Mir” Dövlətlərarası Teleradio şirkətində rejissor assistenti, daha sonra rejissor işləyib. Burada “Azərbaycan Mədəniyyətinin Dostları Fondu”, “Talış etnosu”, “Skalpel və qələm”, “Rasim Ocaqovun 11 epiteti”, “Yazıçı”, “Canlı klassik”, “Qrimsiz sima”, ”Məhəbbət və musiqi”, ”Ceyhun musiqisi”, ”Güllər aləmində”, ”Mübariz” və s. filmlərini çəkib. “Lider” televiziyasında “Bizim muzey” və “Caz time” verilişlərinin rejissoru olub (2002-2004). Bir müddət Azərbaycan televiziyasının Musiqi redaksiyasında (2007-2015) və İctimai televiziyada (2015-2019) rejissor işləyib. İctimai televiziyada “Caz saatı” və “Soundtracks” verilişlərinin müəllifi və rejissoru olub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub (2003-2012).

Hazırda Azərbaycan televiziyasının əməkdaşı, Mədəniyyət TV-də yayımlanan “Saundtrek” verilişinin rejissorudur.