Mahirə Yaqubova

Aktrisa

Doğum tarixi:

04 dekabr 1954


Mahirə Mehdi qızı Yaqubova Bakıda anadan olub.

Məktəbəqədər pedaqoji məktəbdə, Azərbaycan Dövlət İncəsənət İnstitutunda (1974-1979) təhsil alıb.

İlk dəfə səhnəyə pedaqoji məktəbdə çıxıb, “Bomba” (Əbdürrəhimbəy Haqverdiyev) novellası əsasında səhnələşdirilən tamaşada Feyzulla rolunu oynayıb.

1979-cu ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim, baş müəllim, son illər isə dosent vəzifəsində çalışır. Elmi məqalələrin, metodik göstərişlərin, fənn proqramlarının müəllifidir.

Bakı Bələdiyyə Teatrında aktrisa kimi fəaliyyət göstərir.

Əməkdar artist (2002), Əməkdar müəllimdir (2023).